Kaxa Kaladze: "Avropa şəhərlərində görülən bütün yaxşı işlər mənim şəhərimdə də həyata keçirilsin istəyirəm"
“Kiminsə bunu mənim şıltaqlığım və ya yekəxanalıq olduğunu düşünməsini istəmirəm. Mən bir çox şəhərləri ziyarət etmişəm, 10 il ərzində Avropanın ən yaxşı ölkələrindən birində yaşamışam və səmimi qəlbdən istəyərəm ki, inkişaf etmiş Avropa şəhərlərində görülən bütün yaxşı işlər mənim şəhərimdə də həyata keçirilsin. Bu mənim başlıca məqsədimdir”
Aktual.ge xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze bələdiyyə iclasında çıxışı zamanı söyləyib.
Paytaxt merinin sözlərinə görə, ölkədəki nəqliyyat siyasəti çox pis vəziyyətdədir.
“Bu istiqamətdə işləməyə başladıqda, dünyada oxşar islahatlar və layihələr həyata keçirən ən güclü şirkətləri və mütəxəssisləri tapdıq. Kiminsə bunu mənim şıltaqlığım və ya yekəxnalıq olduğunu düşünməsini istəmirəm. Mən bir çox şəhərlərdə olmuşam, 10 il ərzində Avropanın ən yaxşı ölkələrindən birində yaşamışam və səmimiyyətlə istəyirəm ki, inkişaf etmiş Avropa şəhərlərində görülən ən yaxşıların hamısı mənim şəhərində də həyata keçirilsin. Əlbəttə ki, bütün bunlar hesablamalar, strategiyalar və konkret layihələrlə həyata keçirilməlidir. Beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşdüyümüz zaman bizə dedilər ki, mütləq islahat lazımdır. Mənə yalnız iki sual verildi - buna hazır olub-olmamağımızı soruşdular. Şərtlərdən biri də bu prosesdə siyasət tətbiq edilməməsi idi. Mən komanda yoldaşlarımla birlikdə bu islahata görə məsuliyyət daşıyacağam", -deyə K.Kaladze qeyd edib.