Ağır yol qəzası: 1 ölü
Kvareli yolunda minik avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Aktual.ge xəbər verir ki, Şilda kəndi yaxınlığında baş verən qəzada bir nəfər yerindəcə ölub, bir nəfər isə ağır yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə ilə əlaqədar polis və ekspertiziya araşdırma aparır.