Gürcüstanda azərbaycandilli məktəbin binası bərpa olunur
17.02.2021 19:47
316
Mədəniyyət
A
Gürcüstanda azərbaycandilli məktəbin binası bərpa olunur
Qardabani rayonunun Candar kəndinin ictimai məktəbi bərpa olunur. Aktual.ge xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib. Qardabani meri Ramaz Budaqaşvili bələdiyyənin rəsmi şəxsləri ilə birgə tikinti-bərpa işləri ilə tanış olub. Layihə çərçivəsində azərbaycandilli təhsil müəssisəsinin interyer və eksteryeri tam bərpa olunacaq, idman meydançası da qurulacaq. İşlərin həyata keçirilməsi üçün 2,4 milyon lari vəsait ayrılıb. Bu il ərzində Bələdiyyələrin İnkişafı Fondunun dəstəyi ilə Qardabanidə 4 məktəbin binası bərpa olunacaq.
ŞƏRH YAZ
1