DİN
17.02.2021 21:15
765
Kriminal
A
DİN "VMH" ofisi yaxınlığındakı xüsusi təyinatlılar barədə AÇIQLAMA YAYIR
"Hüquq-mühafizə orqanlarının hərəkəti 'Milli Hərəkat'ın ofisi yaxınlığındakı bazada gündəlik olaraq həyata keçirilir və onların xüsusi səfərbərliyi yoxdur". Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. DİN-in məlumatında deyilir: "Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Təxirəsalınmaz Hallar Şöbəsinin ikinci şöbəsinin bazasının yerləşdiyi 'Milli Hərəkat'ın mərkəzi ofisinin yaxınlığına hüquq-mühafizəçilərinin səfərbər olunması barədə yayılan məlumatlara aydınlıq gətirir. Bazanın heyətinin bu cür hərəkəti gündəlik olaraq həyata keçirilir və burada xüsusi bir şey yoxdur. Sözügedən yerdə Xüsusi Tapşırıqlar şöbəsinin bazası yerləşir. Əməkdaşlar gündəlik və fəal olaraq hərəkət edirlər və bu gün isə xüsusi bir şey edilmir. Bazanın ərazisində və daxilində xüsusi təyinatlıların olduğu bir neçə mikroavtobus var". Xatırladaq ki, az əvvəl "Mtavari" telekanalının məlumat yaymışdı ki, "Vahid Milli Hərəkat"ın mərkəzi ofisi yaxınlığına xüsusi təyinatlılar səfərbər olunur.
ŞƏRH YAZ
2