Dini İşlər üzrə Dövlət Agentliyi müsəlmanları təbrik edir
Dini İşlər üzrə Dövlət Agentliyi Gürcüstanın müsəlman icmasını Raqaib gecəsi münasibətilə təbrik edir.
Aktual.ge xəbər verir ki, Dini İşlər üzrə Dövlət Agentliyinin təbrik mesajında deyilir:
"Bu gün İslam dünyası Raqaib gecəsini qeyd edir. Regaib arzuların gerçəkləşməsi gecəsi deməkdir. Müsəlmanlar arzu və istəklərini yerinə yetirilməsi üçün gecəni Allaha ibadət və dua ilə keçirirlər. Dini İşlər üzrə Dövlət Agentliyi Gürcüstanın müsəlman icmasını təbrik edir və onlara sülh və firavanlıq diləyir".