Poniçala-Marneuli-Ququti yolunda qoşqulu nəqliyyatın hərəkəti bərpa edildi
"Təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Poniçala-Marneuli-Ququti yolunun 65 km - 98 km hissəsində qoşquların hərəkəti bərpa olunub və hər növ nəqliyyat vasitəsi üçün hərəkət sərbəstdir".
Aktual.ge xəbər verir ki, bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.
Bildirilir ki, sözügedən magistralda hər növ nəqliyyat vasitəsi üçün hərəkət sərbəstdir.