Tbilisi qarışdı - Çox sayda saxlanılan var
19.02.2021 17:20
951
Hadisə
A
Tbilisi qarışdı - Çox sayda saxlanılan var
Tbilisidə parlamentin binası qarşısında müxalifət tərəfdarları və polis əməkdaşları arasında qarşıdurma baş verib. Aktual.ge xəbər verir ki, insidentə səbəb müxalifətçilərin qanunverici orqanın qarşısında çadırlar quraşdırmaq cəhdi olub. Polis əməkdaşlarının buna imkan verməməsi fiziki qarşıdurma ilə nəticələnib. Hadisə zamanı polisə müqavimət göstərən 10 fəal saxlanılıb. Aksiyaçılar növbədənkənar seçkilər tələb ediblər.
ŞƏRH YAZ
4