Baş nazirdən daha bir şad xəbər - Bu aylarda KOMMUNAL xərclər ödənilməyəcək
Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini noyabr, dekabr, yanvar və fevral aylarında ödəyəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Baş naziri Giorgi Qaxaria hökumətin bu günkü iclasında bildirib.
"Vətəndaşlarımızın ailələrinin gəlirlərinin azalmasını və ya iş yerlərini itirməsini kompensasiya etmək üçün hökumət bu proqramı qışın 4 ayına kommunal xərclərə dəstək olaraq genişləndirmək qərarına gəldi. Bu aylar; noyabr, fekabr, yanvar və fevral ayları olacaq. Əvvəlki kimi eyni prinsipə görə - 200 kilovat-saat elektrik enerjisi və 200 kubmetr qaz dövlət tərəfindən ödəniləcəkdir. Nisbətən varlı vətəndaşlarımız proqramdan bu cür yardımdan imtina edə bilərlər", - deyə Baş nazir G.Qaxaria qeyd edib.