Giorgi Qaxaria:
06.08.2020 12:21
345
Siyasət
A
Giorgi Qaxaria: "Hökumət vətəndaşlara sosial-iqtisadi yardımın üçüncü mərhələsinə başlayır"
"Hökumət vətəndaşlara yardım göstərən anti-böhran planının ikinci mərhələsini bağladı". Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria bu gün hökümət iclasında çıxış zamanı söyləyib. Hökumət başçısı dövlətin vətəndaşlara sosial-iqtisadi yardımın ikinci mərhələsini yekunlaşdırdığını və üçüncü mərhələsinə başladığını ifadə edib. “Əvvəlcədən də qeyd etdik ki, əsas məqsədimiz iki cəbhədə vuruşmaq və qalib gəlməkdir. Bunlar əvvəla, əlbəttə ki, vətəndaşlarımızın sağlamlığı və həyatı və təbii ki, iqtisadi böhran, vətəndaşlarımızın sosial vəziyyətidir. Öncədən müəyyən bir sosial yardım planı elan etdik, xatırladığınız kimi kommunal xərclərin dövlət tərəfindən ödənilməsini də bu plana daxil idi. 1.200 milyon Gürcüstan vətəndaşı bu proqramdan faydalanmışdır. Ancaq birlikdə növbəti addımı atdıq və 600 min vətəndaşımız üçün borcların təxirə salınması da bunun tərkib hissəsi idi. Bundan əlavə, iqtisadiyyata ən çox təsir göstərən sektorda turizmi və birbaşa turizmi dəstəkləmək üçün konkret addımlar atdıq. Bu, anti-böhran planının ilk mərhələsi idi. Ancaq tezliklə bunun okeanın bir damlası olduğu və vətəndaşlarımızı məmnun edə bilmədiyi, bütün bunların kifayət olmadığı aydın oldu. Bundan sonra rəsmi olaraq işlərini itirənlərin hamısına dəstək olmaq üçün geniş sosial yardım proqramı başlatdıq. Onların dəstəyi 6 ay üçün 1200 lari və bu ölkədə heç vaxt həyata keçirilməyən özünədəstək dəstəyi idi. Öz-özünü işlə təmin edən insanları dəstəkləmək üçün birdəfəlik 300 lari yardım ayırdıq. Bundan əlavə, əlillər, çoxuşaqlı ailələr üçün ayda 600 lari və 100 larilik yardım proqramlarının xüsusi sahələri həyata keçirildi. Ancaq tezliklə bunun da yetərli olmadığı aydın oldu. Həmişə söylədik ki, bu ağır və uzadılmış böhran ola bilər və məhdud iqtisadi imkanları nəzərə alınmaqla Gürcüstan hökuməti hər bir gürcü ailəsinə kömək etmək üçün əlindən gələni edəcəkdir. Bu gün bu addımları atmağa davam etməliyik",- deyə G.Qaxariya deyib.
ŞƏRH YAZ
1