Gürcüstan vətəndaşları üçün 410 milyon larilik sosial yardım proqramına NƏLƏR DAXİLDİR ?
06.08.2020 12:44
1740
İqtisadiyyat
A
Gürcüstan vətəndaşları üçün 410 milyon larilik sosial yardım proqramına NƏLƏR DAXİLDİR ?
“Hökumət tərəfindən hazırlanmış yeni sosial yardım proqramının büdcəsi 410 milyon lari təşkil edir” Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bu gün hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, yeni sosial yardım qismən Stopcov fondundan ayrılmış vəsait hesabına maliyyələşdiriləcək. Hökumət başçısı kommunal xidmətlər üçün təxminən 200 milyon lari, uşaqlar üçün isə təxminən 170 milyon lari ayrıldığını bildirib. Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün hökumət iclasında pandemiya səbəbi ilə yeni sosial yardım paketini açıqlayıb. 1) Tədris ilinin əvvəlində 17 yaşdan kiçik uşaqlar 200 larilik birdəfəlik maddi yardım ayrılacaq. 2) Sosial cəhətdən həssas olan və 150-yə qədər sosial bala malik olan bütün tələbələr 2020-2021 tədris ilinin bir semestri üçün dövlətdən tam ödəniş alacaqlar. 3) Hökümətin qərarına əsasən, sənədləşmə ilə bağlı tələblərə cavab verməyən öz özünü işlə təmin edən şəxslərə 300 lari yardım veriləcək. 4) Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini noyabr, dekabr, yanvar və fevral aylarında ödəyəcək.
ŞƏRH YAZ
2