Son Dəqiqə! GAİM-nə yeni icraçı direktor təyin olundu - EXCLUSİVE
Etibarlı mənbədən gələn son dəqiqə məlumatına görə, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə (GAİM) yeni icraçı direktor postuna şair, publisist, tərcüməçi, redaktor Rafiq Hümmət təyin olunub.
Bu barədə Aktual.ge xəbər portalına etibarlı mənbədən məlumat verilib.
Belə ki, ötən il Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış GAİM-nə qısa bir aradan və uzun bir arayışdan sonra istefası verilmiş icraçı direktor postuna publisist, tərcüməçi, redaktor Rafiq Hümməti təyin edilib.
18 iyul tarixində Aktual.ge xəbər portalına etibarlı mənbədən daxil olmuş məlumatda qeyd olunmuşdu ki, sözügedən təşkilatın icraçı direktoru Aygül İsəyeva vəzifəsindən istefa verib. Bunun ardından istedadlı kadr arayışına başlayan Diaspora Komitəsi son olaraq R.Hümmətin üzərində dayanıb.
Mövzu ilə əlaqədar şairin özü ilə əlaqə saxladıq. O, sözügedən təşkilatın icraçı direktor vəzifəsinə təyin olunduğuna dair məlumatı təsdiq edib.
Məlumat üçün bildirək ki, GAİM 2019-cu ilin 3 aprel tarixində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılıb.