SON DƏQİQƏ! Gürcüstanın yeni hökuməti quruldu
22.02.2021 21:59
1592
Siyasət
A
SON DƏQİQƏ! Gürcüstanın yeni hökuməti quruldu
Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib. Aktual.ge-nin verdiyi xəbərə görə, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib. İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub. Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.
ŞƏRH YAZ
11