06.08.2020 13:37
1069
Siyasət
A
"Rustavi Azot" Beyrutda baş verən partlayışla əlaqədar açıqlama yayır
"Rustavi Azot" Beyrutda baş verən partlayışla əlaqədar rəsmi açıqlama yayıb. Aktual.ge həmin açıqlamanı olduğu kimi təqdim edir: “Livanın paytaxtı Beyrutdakı partlayışın səbəbinin, 2013-cü ildə Gürcüstandan, xüsusən də Rustavidən ixrac edilən ammonium nitrat olduğu deyilir. "Rustavi Azot" zavodunun son 3 il ərzində fəaliyyət göstərdiyinə görə Beyrut şəhərində partlamış ammonium nitratının 2013-cü ildə Gürcüstanda, xüsusən də Rustavi şəhərində olub olmadığı barədə ətraflı məlumat almaq imkanından məhrumuq. Ölkənin ən böyük ixracatçılarından biri olan "Rustavi Azot" dünyada icazə verilən və beynəlxalq standartlara uyğun istehsal olunan, saxlanılan və ixrac olunan ammonium nitratın 1% -ə qədərini istehsal edir. Məlumata görə, sözügedən nitrat Beyrut şəhərində 2013-cü ildən bəri saxlanılır. Bu isə təhlükəsiz saxlama normalarının kobud şəkildə pozulması deməkdir. Xüsusilə ammonium nitrat 6 aydan sonra düzgün istifadəsi üçün lazım olan xüsusiyyətlərini itirir”,- deyə açıqlamada qeyd olunub Məlumat üçün qeyd edək ki, Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 135 nəfərə, xəsarət alanların sayı isə 5 min nəfərə çatıb.
ŞƏRH YAZ
2