İrakli Kobaxidze müxalif liderin həbsini müasir bolşeviklər adlandırıb
23.02.2021 10:30
367
Siyasət
A
İrakli Kobaxidze müxalif liderin həbsini müasir bolşeviklər adlandırıb
“Gürcüstan qanunun aliliyinə hörmət edən hüquqi dövlətdir”. Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze müxalif "Vahid Milli Hərəkat" partyiyasının sədri Nika Melianın həbsinə münasibət bildirərkən deyib. O, N.Melianın təhlükəli və hakimiyyətə qayıtmaq üçün hər şey etməyə hazır olduğunu vurğulayıb: “Bu gün 23 fevral – Qızıl ordunun yaranması günüdür. Bu ordunun bolşevikləri yenidən Gürcüstan dövlətçiliyinə qarşı çıxırlar. Lakin sübut olunub ki, müasir bolşeviklər – Mixeil Saakaşvili, Nika Qvaramia, Giqa Bokeriaa, Nika Melia, Nino Burcanadze, Nato Çxeidze və İrakli Okruaşvili Gürcüstan dövlətçiliyini sarsıda bilməzlər”. İ.Kobaxidze N.Melianın güc tətbiq etmədən həbsi ilə bağlı keçirilən kifayət qədər çətin əməliyyata görə daxili işlər naziri Vaxtanq Qomelauriyə və bütün polis əməkdaşlarına minnətdarlıq edib.
ŞƏRH YAZ
12