Baş nazir Melianın həbsinə görə polislərə təşəkkür etdi
23.02.2021 11:40
578
Siyasət
A
Baş nazir Melianın həbsinə görə polislərə təşəkkür etdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalif "Vahid Milli Hərəkat" Partiyasının sədri Nika Melianın həbsinə münasibət bildirib. Aktual.ge xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu gün hamının Gürcüstanın hüquqi və güclü dövlət olduğunu gördüyünü deyib. İ.Qaribaşvili ölkədə polisinin güclü və Daxili İşlər Nazirliyinin effektiv fəaliyyət göstərdiyini bildirib: “Hökumət adından daxili işlər naziri Vaxtanq Qomelauri və bütün polislərə təşəkkür edirəm. Onlar dövlətin ləyaqtəini və sabitliyini qorudular. Bir daha qeyd edirəm ki, biz qanunun aliliyi ilə idarə olunan dövlətik”.
ŞƏRH YAZ
17