DİN-ə kiber hücum olub
23.02.2021 13:11
302
Kriminal
A
DİN-ə kiber hücum olub
Fevralın 23-də Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) kompüterləri müxtəlif ölkələrdən kiber hücuma məruz qalıb. Aktual.ge xəbər verir ki, bu barədə DİN tərəfindən məlumat yayılıb. Məlumata görə, DİN-in müvafiq bölməsi əməliyyat tədbirləri nəticəsində hücumun qarşısını alıb. Qeyd olunub ki, Gürcüstan Cinayət Məcəlləsinin 285 və 286-cı maddələri ilə kompüter məlumatlarının və ya kompüter sisteminin qanunsuz istifadəsi və pozulması faktı üzrə istintaq aparılır.
ŞƏRH YAZ
1