Nazir az əvvəl elan etdi - Uşaq bağçaları bu tarixdən açılır
"Hər iki həftədə bir uşaq bağçası əməkdaşlarının 20%-i məcburi testdən (Koronavirus test -red.) keçəcək".
Aktual.ge xəbər verir ki, bu barədə Təhsil naziri Mixeil Çxenkeli İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə elan edib.
Nazirin sözlərinə görə, uşaq bağçalarında tibbi protokolun ciddi şəkildə yerinə yetirilməsi vacibdir.
"İdarələrarası Koordinasiya Şurasında vacib qərarlar verdik və tibbi protokolun ciddi şəkildə yerinə yetirilməsi son dərəcə vacibdir. Uşaq bağçaları 1 martda tam bərpa ediləcək, bu həm özəl, həm də dövlət bağçalarına şamil olunur",-deyə M.Çxenkeli bildirib.