Tarixi qəzet Borçalı türklərinin Tbilisinin müdafiəsinə qalxdığından yazır
1921-ci il Sovet işğalı dövründə Tbilisi müsəlmanları və Borçalı türkləri könüllülərindən ibarət 200 nəfərlik dəstə Tbilisinin müdafiəsi uğrunda mübarizəyə başladıqlarını elan etdi.
Aktual.ge xəbər verir ki, belə bir xəbər Sovet işğalından 100 il öncə, Gürcüstan qəzetində yazılıb.
Qəzetdə dərc olunan xəbərdə deyilir:
"1921-ci il Sovet işğalı dövründə Tbilisi müsəlmanları və Borçalı türkləri könüllülərindən ibarət 200 nəfərlik dəstə Tbilisinin müdafiəsi uğrunda mübarizəyə başladıqlarını elan etdi. Dəstə komandiri Yadigarov "Borçalı və Tbilisi müsəlmanlarının həmişə Gürcüstan paytaxtının sadiq gözətçiləri olduqlarını və bunu sədaqətlə davam etdirəcəklərini söylədi. Borçalı (Borçalı türklərini tutur nəzərdə) və Tbilisi müsəlmanları
Dünən Demokratik Partiyanın Səfərbərlik Bürosu binasının yanına polkovnik Yadigarovun başçılığı ilə Borçalı və Tiflis müsəlmanlarından tərtib edilmiş 200 nəfərlik dəstə gəldi. Dəstə ilə partiyanın Səfərbərlik Bürosunun rəisi polkovnik Vaçnadze görüşərək onları alqışladı. Cavab xitabında dəstənin adından polkovnik Yadigarov Borçalı və Tbilisi müsəlmanlarının Gürcüstan paytaxtının daim sadiq keşikçiləri olduqlarını, bu işi indi də sədaqətlə yerinə yetirəcəklərini söylədi.
"Gürcüstan" qəzeti, 19 fevral 1921! Sovet işğalından 100 il öncə".
Mənbə: Qırmızı Körpü səhifəsi.