Diqqət! Bu gündən imtahanlara qeydiyyat başlayır
01.03.2021 11:19
220
Mədəniyyət
A
Diqqət! Bu gündən imtahanlara qeydiyyat başlayır
Bu gün, 1 martdan Vahid Milli İmtahanlara qeydiyyat başlayır. Aktual.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəsmi veb saytlarında və "Facebook" səhifəsində məlumat verilib. Bildirilir ki, qeydiyyat 1 mart səhər saat 10:00-dan başlayıb, 31 mart saat 18:00-dək davam edəcək. "Qeydiyyat yalnız Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında elektron qaydada aparılır. İmtahanlarda iştirak etmək istəyənlər müvafiq sütunu seçməli və təlimatları izləməlidirlər. Ümumi milli imtahanlarda iştirak haqqı (bir imtahan üçün) 10 lari. Eyni məbləğ tələbə qrant müsabiqəsinin iştirakçısı üçün də şamil olunur",-deyə məlumatda deyilir. Qeyd olunur ki, qeydiyyat üçün online.naec.ge və məlumat əldə etmək ilə bağlı isə naec.ge saytlarına daxil olmaq gərəkdir.
ŞƏRH YAZ
3