Marneuli və Qardabanidə Novruz bayramı şənliyi keçiriləcək? - AÇIQLAMALAR
01.03.2021 12:33
767
Mədəniyyət
A
Marneuli və Qardabanidə Novruz bayramı şənliyi keçiriləcək? - AÇIQLAMALAR
Hər il Gürcüstanın Marneuli və Qardabani rayonlarında ölkə başçısının və hökumət rəsmilərinin də qatılımı ilə gerçəkləştirilən Novruz bayramı şənliyi, ötən ildən koronavirus pandemiyası səbəbi ilə təşkil edilmir. Bəs bu il sözügedən rayonlarda Novruz bayramı şənliyi keçiriləcək? Aktual.ge xəbər portalı bununla əlaqədar Marneuli meri vəzifəsini müvəqqəti icra edən Zaur Tabatadzedən müsahibə alıb. O, hazırda bununla bağlı bir məlumatının olmadığını ifadə edib. "Marneulidə Novruz bayramının təşkil edilməsi ilə əlaqədar hələ ki, bir məlumatımız yoxdur. Biz də Novruz bayramının qeyd edilməsini istəyirik, lakin hökumət bununla əlaqədar nə qərar verəcək bilmirik",-deyə Z.Tabatadze bildirib. Qardabani bələdiyyə sədrinin müavini Rəfiq Orucov isə saytımıza müsahibəsində deyib: "Hələ bu barədə danışmağa çox tezdir. Hazırda epidemiolojik vəziyyəti nəzərə alaraq, Novruz bayramı şənliyinin keçirilməsi ilə əlaqədar müzakirələr belə aparılmır".
ŞƏRH YAZ
9