02.03.2021 20:57
424
Kriminal
A
"Milli Hərəkat"ın ofisinə hücum olub
Müxalif "Vahid Milli Hərəkat" partiyasının Şida Kartli bölgəsinin Qori şəhərində yerləşən əsas ofisinə hücum olub. Aktual.ge xəbər verir ki, bu barədə sözügedən partiyanın üzvü Badri Basişvili "Facebook" da məlumat verib. Məlumata görə, hadisə işçilər ofisdən ayrıldıqdan sonra baş verib. "Gördüyünüz kimi binanın şüşələri dağıdılıb. İlkin məlumata görə, daxili məkanda da axtarışda həyata keçirilib. Bu, 2012-ci ildən bəri ofisə hücumun altıncı faktıdır",-deyə o qeyd edib.
ŞƏRH YAZ
16