Marneulidə radionun jurnalistinə təzyiq... - AÇIQLAMALAR (VİDEO)
03.03.2021 20:07
1369
Kriminal
A
Marneulidə radionun jurnalistinə təzyiq... - AÇIQLAMALAR (VİDEO)
Bu gün, 3 mart tarixində Marneulidə maaşlarını ala bilməyən "Akelik Qrup"un işçiləri sözügedən şirkətin ofisinin qarşısında etiraz aksiyası keçirib. Aktual.ge xəbər verir ki, aksiya zamanı çəkiliş həyata keçirən Marneuli radiosunun jurnalisti Vladimer Çxitunidze "Akelik Qrup"un mühafizə xidmətinin rəisi Nemət Qədimov tərəfindən təzyiq edildiyi görülüb. Belə ki, V.Çxitunidze aksiyanı canlı yayında işiqlandırarkən N.Qədimov ona yaxınlaşaraq "Çəkiliş etmək olmaz" deyib. Daha sonra o təzyiq göstərərək əlini kameranın qarşısına tutub və prosesi işiqlandırmasına maneə olub. "Çıx buradan, danışma burada" deyib. Radio jurnalisti müsahibəsində deyib: "Aqresiv bir formada jurnalistin işinə maneəçilik törədilməməlidir, mən sadəcə işimi görürdüm. Başqa bir nəfər ilə müsahibə edərkən, o mənim telefonumu tutdu və "Live" etməmə maneəçilik törətdi. Dedi, burada çəkiliş etmək olmaz. Mən dərhal patrul çağırdım və hazırda məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə istintaq başlayıb". Baş vermiş hadisə ilə əlaqədar N.Qədimov ilə əlaqə saxladıq. O baş verənləri təkzib edib. "Mən jurnalistə heç bir təzyiq etməmişəm. Əlində telefon çəkiliş edir, əlində mikrofon nə də yaxasında da heç bir vəsiqəsi yoxdur, mən bilmədim ki, o jurnalistdir. Bizim ofisə gündə 50 jurnalist gəlir, mənim nə işim var onlarla. Dedim, qardaş çəkmək olmaz, bizim ofisin ərazisində çəkiliş olmaz. Dedi mən jurnalistəm dedim, o zaman yaxşı. Əlimidə kameraya doğru ona görə tuturdum ki, məni çəkmə. Mənim heç bir jurnalistlə problemim yoxdur. Günah onun özündədir, bildirmədi jurnalist olduğunu. Mən elə bildim bizim işçilərdən biridir, düşündüm ki, çəkib birdən tik-toka fılan goyar",-deyə N.Qədimov deyib. Məlumat üçün bildirək ki, bu gün, 3 mart tarixində Marneulidə su və kanalizasiya işlərinin həyata keçirilməsi üzrə 55 milyon 940 min dollar dəyərində tenderinin qalibi "Akelik Qrup"un, işçiləri maaşlarının ödənilməsi tələbi ilə şirkətin ofisinin qarşısında aksiya keçirib. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
7