Valideynlərin nəzərinə! - Birinci sinif şagirdləri üçün qeydiyyat bu tarixdən başlayır
04.03.2021 15:00
461
Mədəniyyət
A
Valideynlərin nəzərinə! - Birinci sinif şagirdləri üçün qeydiyyat bu tarixdən başlayır
Təhsil Nazirliyi birinci sinif şagirdlərinin qeydiyyatı üçün proseslərə başlayır. Aktual.ge xəbər verir ki, təhsil nazirinin birinci müavini Ekaterine Dgebuadze Nazirlikdə keçirilən brifinqdə qeydiyyatın şərtləri və mərhələləri barədə danışıb. O bildirib ki, 2021-2022-ci tədris ili üçün 6 yaşınadək uşaqlar 15 sentyabr tarixinədək məktəblərə qeydiyyatdan keçə biləcəklər. Nazir müavini deyib ki, qeydiyyatın ilk mərhələsi 15 mart 2021 - 26 mart 2021 tarixləri arasında olacaqdır: "Qeydiyyatın ikinci mərhələsi, 27 aprel - 11 may tarixlərində olacaq. Üçüncü mərhələ isə 13 maydan başlayacaq və 5 iyuna qədər davam edəcək. Bu haqda Məlumat Sisteminin rəsmi veb səhifəsində qeyd ediləcək (www.emis.ge). Elektron qeydiyyatdan keçmiş şagirdlərin qəbulu üçün lazımi sənədlər 8-22 iyun tarixləri arsında təqdim edilməlidir. Sənədlərin müəyyən olunmuş müddətdə təqdim edilməməsi halında avtomatik ləğv ediləcəkdir. IV mərhələdə qeydiyyat isə məktəblərdə 24 iyun - 10 iyul tarixləri arasında həyata keçiriləcəkdir. I, II və III mərhələlərdə qeydiyyatdan keçməmiş və ya qeydiyyatını dəyişdirmək istəyən şagirdlər bu mərhələdə boş qalan yerlərə qeydiyyatdan keçəcəklər". E.Dgebuadze qeyd edib ki, birinci sinfə qeydiyyatdan keçmək üçün sənədlər bunlardır: Şagirdin yaşayış yeri və valideynin telefon nömrəsi, şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti.
ŞƏRH YAZ
0