Son dəqiqə! Türkiyədə hərbi helikopter qəzaya düşdü - 9 şəhid və yaralılar var (VİDEO)
04.03.2021 19:53
418
Dünya
A
Son dəqiqə! Türkiyədə hərbi helikopter qəzaya düşdü - 9 şəhid və yaralılar var (VİDEO)
"Bingöl əyalətindən havaya qalxan hərbi helikopter təsadüfi qəzaya uğrayıb, 9 əsgərimiz şəhid olub, 4-ü isə yaralanıb". Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bingöldən Tatvana getmək üçün bu gün saat (TSİ)13:55-də havaya qalxan Quru Qoşunları Komandirliyinə məxsus bir "Cougar" tipli helikopterlə əlaqə saat 14.25-də kəsilib. Aparılan axtarışlar nəticəsində vertolyotun qəza etdiyi məlum olub. "Qəza nəticəsində helikopterdəki 9 qəhrəman yoldaşımızın şəhid olduğu və 4 qəhrəman silah yoldaşımızın yaralandığı müəyyən edildi. Yaralı personalımızın xəstəxanaya köçürülməsi üçün işlər davam etdirilir. Bizi dərin ağrı və kədər içində boğan bu ağrılı hadisədə şəhid olan qəhrəman yoldaşlarımıza Allahdan rəhmət, dəyərli ailələrinə, yaxınlarına, Türk Silahlı Qüvvələrimizə və asil millətimizə başsağlığı və səbr diləyirik, yaralılarımıza təcili şəfa diləyirik",-deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
ŞƏRH YAZ
7