Mübariz Mənsimov azadlıqda
Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
Aktual.ge Konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva bildirib.
Məlumata görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Hakimin qərarına əsasən, Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.