DİN başçısı: “Gürcüstan strateji neft-qaz kəmərlərinin mühafizəsini fəal şəkildə gücləndirir”
05.03.2021 15:39
219
Siyasət
A
DİN başçısı: “Gürcüstan strateji neft-qaz kəmərlərinin mühafizəsini fəal şəkildə gücləndirir”
“Gürcüstanın strateji neft-qaz kəmərlərinin mühafizəsi və təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti mühüm rol oynayır”. Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışında deyib. O, departamentin fəal olaraq gücləndirildiyini bildirib: “Tabatskuri gölü yaxınlığında yeni bazanın tikintisi yekunlaşdırılıb, Marneuli və Supsadakı bazalarda bərpa işləri aparılıb. Bu il Tsalka, Axaltsixe və Tsixiscvaridə döyüş bölmələrinin atəş hazırlığı və infrastruktur layihələr planlaşdırılıb”.
ŞƏRH YAZ
0