ABŞ oliqarxa sanksiya tətbiq etdi
ABŞ Dövlət katibi Anthony Blinken, Ukraynada qanunun aliliyinə qarşı hərəkətlərinə görə ukraynalı oliqarx İqor Kolomoiskiyə qarşı sanksiya tətbiq etdi.
Aktual.ge xəbrə verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
rəsmi saytında bildirilib.
Sanksiyalara əsasən, Kolomoiskiy ABŞ ərazisinə girişi qadağan edilib.
Blinken, ABŞ-ın korrupsiyaya qarşı mübarizəni davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, 2014-2015-ci illərdə Kolomoiskiu, qanunların aliliyinə və Ukrayna cəmiyyətinin öz hökumətlərinin demokratik təsisatlarına və ictimai proseslərinə inamını pozan korrupsiya təcrübələrində iştirak etmişdir. Bunlar arasında onun şəxsi faydası siyasi təsir və rəsmi gücdən istifadə idi.
"Mən Kolomoiskinin Ukraynanın demokratik proseslərini və qurumlarını zəiflətmək cəhdlərindən narahatlığımı bildirmək istəyirəm ki, bu da ölkənin gələcəyi üçün ciddi bir təhlükədir",-deyə A.Blinken vurğulayıb.
İ.Kolomoiskiy ilə yanaşı onun ailə üzvlərinin də ABŞ-a girişi qadağandır.
Xatırladaq ki, İ.Kolomoiskiyə qarşı 2019-cu ildə maliyyə cinayətlərinə görə istintaq başlamışdı.