Əsədov İmam Əli məscidi haqda məhkəmənin verdiyi son qərarından danışdı və GMİ-nin şeyxini xəyanətkar adlandırdı
06.03.2021 12:08
882
Siyasət
A
Əsədov İmam Əli məscidi haqda məhkəmənin verdiyi son qərarından danışdı və GMİ-nin şeyxini xəyanətkar adlandırdı
"Uzun illərdir ki, İmam Əli (ə) məscidinin məsələsi mübahisəli olaraq qalmaqdadır. Müsəlmanların xəbəri olmadan İqtisadiyyat Nazirliyi məscidi öz balansına götürdü. Sonra isə Dini Agentliyin vasitəçiliyi ilə 49 il müddətinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinə icarəyə verdi". Bu sözləri Aktual.ge xəbər portalına Ümumi Gürcüstan Müsəlmanları İdarəsinin sədri Seyid Mirtəqi Əsədov İmam Əli (ə) məscidinin müvafiq məhkəməsə ilə əlaqədar açıqlamasında söyləyib. Məsələ necə baş verdi və hazırda məhkəmənin son qərarı nə oldu? "Burada Çox təəssüflə vurğulanası nəzərəçarpan məqam ondan ibarətdir ki, bunlar GMİ-nin şeyxinə bir məktub yazdırdılar ki, ay hökumət! İmam Əli məscidini torpaqı ilə birgə mənə ver idarə edim. Yaxşı deyək ki, bunu yazdırlanlar xristian idilər. Müsəlman din və şəriət qanunları beyinlərinə girmirdi, yaxud da xəbərsiz idilər. bəs şeyx necə? şeyx də bilmirdi ki, şəriət hökmlərinə əsasən bu məsələ haram və qaxdağandır? o məscidin tikilişində onların heç birinin yəni nə İqtisadiyyat Nazirliyinin, nə Dini Agentliyin nə də GMİ-nin zəhməti keçməyib. Bu olayları İmam Əli (ə.s) məscidinin şurası bildikdən sonra məhkəməyə şikayət etdi ki, məscid özlərinə qayıtsın. İqtisadiyyat Nazirliyi bu və bir çox digər məscidləri sahibsiz mülk olaraq öz balansına götürüb. Onların bu işi isə qınanılası və qəbuledilməzdir. Qeyd edək ki, İmam Əli məscidi ilk dəfə 1739-cu ildə tikilib, indiki mövcud bina isə 2000-ci ildən fəaliyyət göstərir və 2004-cü ildən isə sözügedən məscidin nəzdində şurası və və xeyriyyə fondu var. Yerli xeyriyyəçilərimizin ianələri ilə mütəmadi şəkildə xalqa xidmət edirlər. Həmin dövürdə də nə Dini Agentlik var idi nə də GMİ. İmam Əli məscidi regionda önəmli məscidlərdəndir. Öz fəaliyyətində aktivliyi ilə seçilir və Marneulinin mərkəzi məscididir. Bu necə olur ki, öz başlarına 3-4 qurum və idarə, birləşir oyun çıxarır. Onların həmin bu qəsbkarlığı və oğurluğu səbəb oldu ki, məsələ üzərində mübahisə neçə il davam etsin. Belə ki, məhkəməyə şikayətimizdən sonra, Appelyasiya və ali məhkəmə qərar verdi ki, İqtisadiyyat Nazirliyi səhv edib. Məscid şurasının razılığı olmadan bunu etmək düzgün deyil. Sonunda isə belədir ki, İmam Əli (ə) məscidi ya məscid şurasının özünə qaytarılmalıdır ya da GMİ-yə verilməlidir. Bundan sonra isə İqtisadiyyat Nazirliyi özünü müdafiə edərək ali məhkəməyə şikayət etdi. Ali məhkəmə də appelyasiya məhkəmsinin qərarını qüvvədə saxladı ki, sözügedən məsələ İmam Əli (ə) məscidinin şurası ilə müzakirə olunmalıdır. Məhkəmədə məscidin təmsilcisi Hacı Amil Xəlilov idi. Məscidin axundu Hacı Hacıyev və mən eləcə də, digər qardaşlar isə, şahid qismində iştirak etdik. Bütün tərəflər məhkəmədə dinlənildi. eləcə də, Dini Məsələlər üzrə Dövlət Agentliyi, GMİ-nin əsil sahibi və rəhbəri Resan Qoqitidze, Mülki Agentlik və İqtisadiyyat Nazirliyinin nümayəndəsi. Qarşı tərəf məhkəmədə özlərinə aid olmayan iddialar qaldırırdı və aidiyyəti olmayan cavablar verirdilər. Ancaq sonunda İqtisadiyyat Nazirliyindən bildirildi ki, yaxın günlərdə yazılı cavab veriləcək. Biz də indi elə həmin cavabı gözləyirik. Əlavə olaraq qeyd edim ki, bizim istəyimiz nəzərə alınmazsa və təkrar ədalətsizlik və haqsızlıq baş verərsə, məsələni yenidən məhkəməyə verəcəyik. Çox təəssüf ki, müsəlmanların adından danışan bir qurum, oğurluq edərək başqalarının haqqına girir. Biz bunu pisləyirik və qınayırıq. İslam adından danışmağa çalışan hər bir idarə və qurum, İslama zərər vurmağı deyil, İslama xidmət etmək yolunu seçsə yaxşı olar. GMİ isə yarandığı gündən, dinə və məzhəbə zərər vurmaqla məşğuldur. Dinin yox daha çox sarayın, hökumətin sözünü deməklə məşğuldur. Bizlər isə daha çox dinin, şəriyətin və xalqın sözünü yuxarılara deməklə məşğuluq. Biz bunları edirik. Ancaq çox təəssüf ki, bütün bunlara bəzi rühanilər susur. İndi isə İqtisadiyyat Nazirliyinin yazılı cavabını gözləyirik, ya İmam Əli (ə) məscidini həmin məscidin şurasına qaytaracaqlar ya da ki, köhnə sistemdə qəsbkarlara verəcəklər. Belə olduğu halda isə biz yenidən məhkəməyə üz tutacağıq. Bütün bunlarla Gürcüstan Müsəlmanları İdarəsinin xəyanəti və saxtakarlığı üzə çıxdı. Onlar həqiqəti demək əvəzinə deyir ki, məscid bizdə qalsın. Çox təəssüf ki, icraçı direktorda daxil olmaqla onun "saxtakar", "xain", "xəyanətkar" şeyxi (GMİ-nin şeyxi Hacı Ramin İgidovu tutur nəzərdə -red.) bu günə qədər xalqın deyil, xidmət etdiyi "ağaları"nın tərəfini tutur. Yenə də bütün baş verənlərə fikir bildirmir. Qeyd edim ki, həm bu dünyada həm də haq dünyasında xalqın da haqqın da qarşısında üzləri qaradır bunların",-M.Əsədov suala cavabında söyləyib.
ŞƏRH YAZ
9