Şeyx Əsədovun açıqlamasına belə münasibət bildirdi - "Dini xidməti olmayan biri..."
"Artıq o qardaşın əsassız və nalayiq danışıqlarına alışmışıq. Bu da bizim dini camiəmizin bu xislətli adamıdı. Bəzən mənə deyirlər niyə davamlı oturub danışmırsız? Axı bir nəfər ki, özünü çox ağıllı sayır, hər zaman eyni sözü təkrarlayır və yazılarında danışığında etika çərçivəsindən çıxırsa onunla necə danışmaq olar? Dini məsələlərə sanki hakimiyyətə gəlmək istəyən bir müxalif partiya kimi yanaşan biri ilə danışmaqla nəyinsə həllinə nail olmaq olduqca absurd məsələdir".
Bu sözlərlə Aktual.ge xəbər portalına - Bu gün Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyid Mirtəqi Əsədov məhkəmənin Marneulidə yerləşən İmam Əli (ə) məscidi haqda verdiyi qərarı və Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov barəsindəki
müvafiq açıqlamasına münasibət bildirərkən söyəyib.
Marneulidə yerləşən İmam Əli məscidinin İqtisadiyyat Nazirliyin balansına köçürülməsi haqda fikirinizi öyrənmək bilmək istəyərdik?
"Mənim Gürcüstan Müsəlmanları İdarəsində məsuliyyətdə olmağımdan düz 3 il öncə heç bir fiziki və ya hüquqi şəxs adına qeydiyyatda olmayan məscid və dini ibadət yerləri qonşu ölkələrdə olduğu kimi aidiyyatı dövlət qurumunun mülküyyətində qeydə alınıb. Gürcüstanda da İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansına verilib. Verilərkən necə olmalı idi? Məscid icmalarına bildirilməli idi ya yox? Bu başqa mövzudur. Mənim fikrimə görə də bəli, xalq tərəfindən inşa edilən dini təmayüllü binalar həssas məsələ olduğundan insanlarla danışılmalı, izah olunmalı və aydınlıq gətirilməli idi.
Məsuliyyətdə olduğum müddətdə bir çox məscidlərin təmir və kommunal məsələlərində müəyyən problemlərlə üz-bəüz olduğunun şahidi olduq. Bu problemlərin həll tapması üçün İqtisadiyyat Nazirliyinin balansında olan dini məkanların müsəlmanların işi ilə məşğul olan dini qurumun sərəncamına (istifadəsinə) verilməsi labüd idi. Buna görə də sırf İmam Əli (ə) məscidinin sərəncama verilməsi haqda müraciət olunmayıb. Ümumiyyətlə ölkədəki qərb və şərq bölgələrində olan məscidlərin bənzəri problemlərinin aradan qaldırılması ilə bağlı məsələ müftilərlə birgə qaldırılıb. Unudulmamalıdır ki, Gürcüstan Müsəlmanları İdarəsi məzhəb və millət fərqi qoymadan Gürcüstan vətəndaşı olan bütün müsəlmanların dinə aid məsələləri ilə məşğul olan bir qurumdur. Bu qurumda 300-dən çox məscidin ruhaniləri də olmaqla 430-dan çox ruhani işləməkdədir. Deməli məscidlərin bu idarənin sərəncamına verilməsində nə yanlışlıq ola bilər ki?
Qaldı Gürcüstan Müsəlmanları İdarəsində şeyx tək deyil müftilərlə birgə qərar verir. İdarənin mühasibət işləri və menecerliyi ilə məşğul olan qardaşlar isə qərarı icra edirlər.
İmam Əli (ə) məscidinə gəlincə bildirim ki, bu məscid İdarənin sərəncamında olsa da həmin məscidi onun şurası idarə edibdir. Məsciddə İmam Əli (ə) adına təqdirəlayiq xeyriyyə fondu da fəaliyyət göstərir. Bizim tanıdığımız və hətta idarənin əməkdaşları olan ruhani qardaşlar belə həmin məsciddə imam cümədirlər. Bizim məqsədimiz və arzumuz məscidin sağlam şəkildə fəaliyyət göstərməsidir. Hal hazırda nazirliyə müraciət ediblər. Mən də dəfələrlə bildirmişəm sözü gedən məscidin məsciddəki şuranın sərəncamına verilməsinin əleyhinə deyiləm. Onsuz da onların istifadəsindədir. Ancaq belə halda da kimisə qəsbkar adlandlrmaq sadəcə iftiradır. Təəssüflə bənzəri iftiralar dini məsələlərdə tarixən olub.Qəsbkarlıq məscidi alıb onda başqa məqsədlər üçün istifadə etməyə deyilir. Məscid Allah evidir, hər zaman xalqın ibadəti üçün açıq olub, belə də qalacaqdır".
ÜGMADİ sədri Mirtaqı Əsədovun müvafiq açıqlamasını necə dəyərləndirirsiniz, sözlərində sizi "xəyanətkar" olaraq adlandırır?
"Artıq o qardaşın əsassız və nalayiq danışıqlarına alışmışıq. Bu da bizim dini camiəmizin bu xislətli adamıdı. Bəzən mənə deyirlər niyə davamlı oturub danışmırsız? Axı bir nəfər ki, özünü çox ağıllı sayır, hər zaman eyni sözü təkrarlayır və yazılarında danışığında etika çərçivəsindən çıxırsa onunla necə danışmaq olar? Dini məsələlərə sanki hakimiyyətə gəlmək istəyən bir müxalif partiya kimi yanaşan biri ilə danışmaqla nəyinsə həllinə nail olmaq olduqca absurd məsələdir.
"Xəyantətkar" sözünə gəlincə, ağır bir ittihamdır. Təəccüb edirəm öz fikirinə əsasən belə ağır ittihamı bir din adamına deməyi necə rəva görür. Bu da hər halda dini səviyyədən xəbər verir. O sözün qarşılığında demək olar ki? "Xəyanətkarlıq" və "qəsbkarlıq" dini xidməti olmayan birinin ruhanilərin üstündən keçib iddialı təşkilat yaratmasıdır; Ruhanilərin təsdiqi olmadan özünü şeyx adlandırmasıdır; Heç bir dini təbliği və tədrisi olmadan dini məsələrdə özü haqda yüksək fikirdə olması, ruhaniləri təhqir etməsidir. Başqa yerlərə elçilik etməsi, müsəlmanlar arasında şiə-sünnü adına tarixən bir olan icmanı parçalamağa çalışması və hətta inanclı müsəlmanlar arasında nifaq salmasıdır".
Hacı R.İgidov əlavə edib:
"Son olaraq bir daha deməyi özümüzə borc bilirik ki, hər kəs yanlışlıq gördükdə islahat naminə etiraz və tənqid edə bilər. Amma unudulmamalıdır ki, biz din xadimiyik etirazlar etika çərçivəsində olub tənqidlər təhqirlərə çevrilməməlidir. Hər kəs gəldiyi qərara görə Allah və cəmiyyət qarşısında məsuliyyət daşıyır. Ruhaniləri cılız sözlər, təhqir və söyüşlərlə günahlandırmaq haqqı nə sıravi dindarlara və nə də heç kəsə verilməyibdir. Fərqli mövqe və düşüncədə olan isə kimisə xəyanətdə ittiham edən bilməlidir ki, onun fikri vəhy deyil və nə də o səhvdən sığortalanmış doğruluq testi deyil. Bir də ki, ruhanilərə şübhəli sualınız, iradınız və ya sözünüz varsa bunu özünə demək, onunla həll etmək yaxşı niyyətdən xəbər verir. Sosial şəbəkələrdə biyabırçılıq açmaq, qeybət və suizənn etmək məlum olduğu kimi dinimiz baxımından da pislənilmişdir".
Xatırladaq ki, bu gün ÜGMADİ sədri hökuməti və GMİ sədrini məscidlərin qəsbkarlığında günahlandırıb.