Fraksiya sədri Bera İvanişvili və İrakli Qaribaşvili arasında yayılan iddialı səs yazısına belə münasibət bildirdi
06.03.2021 23:03
476
Siyasət
A
Fraksiya sədri Bera İvanişvili və İrakli Qaribaşvili arasında yayılan iddialı səs yazısına belə münasibət bildirdi
Hakim “Gürcü Arzusu”nun parlamentdəki fraksiya sədri Mamuka Mdinaradze, sızdırılan gizli səs yazılarını uydurma adlandıraraq bunun “KGB tərzi” olduğunu söyləyib. Aktual.ge xəbər verir ki, bununla bağlı fraksiya sədri hakim partiyanın ofisində Siyasi Şuranın iclası bitdikdən sonra keçirilən brifinqdə mətbuatda Baş nazir İrakli Qaribaşvili və Bera İvanişvili (Bidzina İvanişvilinin oğlu) ilə bağlı mətbuatda gizli səs yazıları danışığını şərh edərkən söyləyib. M.Mdinaradze qeyd edib ki, cəmiyyətdə informasiya terroru həyata keçirilir. Məlumat üçün bildirək ki, "TV Pirveli"də yayımlanan 'Nodar Meladzes Şabati' proqramında B İvanişvili və mövcud baş nazir İ.Qaribaşvilinin "Facebook"da Beraya yersiz şərh yazdığına görə məktəblinin cəzalandırıldığı iddia edilən səs yazısı yayımlayıb.
ŞƏRH YAZ
12