Bera İvanişvili və Qaribaşvili arasında iddia edilən qalmaqallı səsyazısı yayılıb - Baş nazirin istefası tələb olunur
07.03.2021 11:06
740
Siyasət
A
Bera İvanişvili və Qaribaşvili arasında iddia edilən qalmaqallı səsyazısı yayılıb - Baş nazirin istefası tələb olunur
“TvPirveli” televiziya kanalı ötən gün hakim "Gürcü Arzusu" partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və mövcud baş nazir İrakli Qaribaşvilinin iddia edilən telefon danışığının səsyazısını yayıb. Aktual.ge xəbər verir ki, yazıda Bera İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb. Müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri Qiqi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. "Lelo" Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib. Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı “KQBsayağı” montaj olunub. Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.//Report
ŞƏRH YAZ
5