Son Dəqiqə! İvanişvilinin iqamətgahının qarşısında gərginlik yaşanır - FOTO
"Gürcüstan Uğrunda" hərəkatın fəalları aksiya keçirdiyi milyarder Bidzina İvanişvilinin iqamətgahı yaxınlığında gərginlik yaşanır.
Aktual.ge yerli medialara istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ilə fəallar arasında qarşıdurma, etirazçıların divarda polis tərəfindən icazə verilməyən "qatillər" yazısı yazmaya çalışdıqdan sonra başlayıb.
Aktivistlər hüquq-mühafizə orqanlarına qarşı "kölələr-kölələr" şüarları səsləndirir.
Nümayişçilər "TvPirveli"nin ötən gün yayımladığı iddialı "səs yazılarında" iştirak edənlərə qarşı məhkəmə əməliyyatlarının başlanmasını və istefa etmələrini tələb edirlər.