Telavidə bir gənc ailə üzvlərini qətlə yetirib
07.03.2021 19:11
448
Kriminal
A
Telavidə bir gənc ailə üzvlərini qətlə yetirib
Telavi rayonunda bir ailənin üç üzvü qətlə yetirilib. Aktual.ge xəbər verir ki, 27 yaşlı gənc valideynlərini və nənəsini odlu silahla öldürüb. Hadisə yerinə polis cəlb olunub. Qətlin təfərrüatları hələ məlum deyil. Gəncin psixi problemlərinin olduğu bildirilir. Onun yaxalanması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən qətlə yetirilməsi maddəsi üzrə istintaq başlanılıb.
ŞƏRH YAZ
4