26 mart tarixinədək Gürcüstanda gözlənilən hava şəraiti
22.03.2021 14:24
8413
Maraqlı
A
26 mart tarixinədək Gürcüstanda gözlənilən hava şəraiti
Martın 22-də günün sonundan martın 26-na qədər Gürcüstanda arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman və qar fırtınası olacağı ehtimal edilir. Aktual.ge xəbər verir ki, bu barədə məlumat Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılıb. Agentliyin məlumatına əsasən, 24-25 mart tarixlərində bəzi yerlərdə güclü qərb küləyi əsəcək, dənizdə 3-4 bal gücündə fırtına mümkündür. "Gürcüstan çaylarında gözlənilən güclü yağışlar suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, Gürcüstanın qərbindəki kiçik çaylarda daşqınlar və ölkənin dağlıq ərazilərində qar uçqunlarının əmələ gəlməsi və sürüşmələr prosesi daha da gücləndirə bilər", - deyə məlumatda bildirilir.
ŞƏRH YAZ
1