Mixeil Saakaşvilidən təklif - 24 saatlıq Gürcüstana buraxın məni
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hökumətdən əhalinin reaksiyasını öyrənmək üçün onun 24 saatlıq ölkə ərazisinə girişinə icazə verməsini təklif edib.
Aktual.ge Qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq Dövlət başçısı efirlərin birində belə deyib:
“Gəlin istintaq təcrübəsi keçirək. Məni ölkəyə buraxın, 24 saat cangüdənsiz küçələrdə gəzim. İnsanlara haqqımda öz fikirlərini sərbəst ifadə etməyə şərait yaradılsın. Niyə buraxmırlar? Ola bilər ki, mən Gürcüstan torpaqlarına ayaq basan kimi hazırkı hakimiyyət özünə xalqın 5%-nin, mənə isə 70-75%-nin dəstək verəcəyini görəcək”.