Mamuka Mdinaradze koronavirusa yoluxdu
07.04.2021 16:48
150
Sağlamlıq
A
Mamuka Mdinaradze koronavirusa yoluxdu
"Gürcü Arzusu" partiyasının üzvü Mamuka Mdinaradze koronavirusa yoluxub. Aktual.ge xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" hesabında yazıb. “Dostlar, indicə mənə məlumat verdilər ki, Kovid-19 üçün verdiyim testin nəticəsi müsbətdir. Bir sözlə, kimləsə söhbət edəndə maskanızı heç vaxt çıxartmayın! Bu şəxsi təcrübəyə əsaslanan məsləhətimdir. Son günlərdə ətrafımızda çox sayda yoluxma hadisəsi var və yoluxma riskləri çox artıb. Hər kəsdən qaydalara diqqətlə riayət etmələrini xahiş edirəm. Hər hansı bir yerə getdikdə maskadan istifadə edin ki, ölkə iqtisadiyyatına əlavə olaraq ən azı bir neçə yüz və ya minlərlə vətəndaşımızın həyatını xilas edəsiniz”, - deyə Mdinaradze yazıb.
ŞƏRH YAZ
3