Gürcüstanda tibb fakultəsinin tələbələrinə Uludağ Univerisitetinin sertfikatları təqdim olunub
08.04.2021 00:30
275
Mədəniyyət
A
Gürcüstanda tibb fakultəsinin tələbələrinə Uludağ Univerisitetinin sertfikatları təqdim olunub
Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə Tbilisidə “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” İştitakçılarına Sertifikat Vermə Tədbiri keçirilib. Aktual..ge xəbər verir ki, tədbir 7 aprel tarixində “Tiflis Palace” otelində baş tutub. Belə ki, təbdirdə Layihə ilə bağlı video çarx nümayiş etdirildikdən sonra sözügedən təşkilatın sədri Musa Hacıyev çıxış edərək layihə haqqında məlumat verib və iştirak etmiş tələbələr üçün layihənin əhəmiyyətindən danışıb. Daha sonra Türkiyənin Gürcüstandakı səfiri Fatma Cərən Yazqan, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, lahiyə iştirakçılarından İvane Cavaxişvili Universitetinin tələbələri Mariam Elisaşvili və Xıdır Əhmədov çıxış ediblər. Tədbirin sonunda layihə iştirakçılarına təcrübə gördükləri Uludağ Universiteti tərəfindən verilmiş sertifikatlar təqdim olunub. Bildirilib ki, “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və 'Yurtdışı Türkler ve Akraba Toplukuklar Başkanlığının '(YTB) dəstəyi ilə 2015-ci ildən etibarən həyata keçirilir. Bu günə qədər bu layihədən 120- dən çox tələbə istifadə edib. COVİD-19 pandemiyası səbəbi ilə layihəyə 2020-ci ildən etibarən dayandırılıb.
ŞƏRH YAZ
2