Suriyada terrorçuların hücumu zamanı 2 türk əsgəri həlak olub
08.04.2021 09:26
173
Dünya
A
Suriyada terrorçuların hücumu zamanı 2 türk əsgəri həlak olub
Suriyada terrorçuların hücumu zamanı türk əsgərləri həlak olub. Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, "Zeytun budağı" əməliyyatı zonasında PKK/YPG terrorçularının təşkil etdiyi hücum zamanı 2 əsgər şəhid olub. Türkiyə ordusunun cavab tədbirləri nəticəsində azı 3 terrorçu zərərsizləşdirilib. Qeyd edilir ki, terrorçuların mövqelərinə zərbələr davam etdirilir.
ŞƏRH YAZ
5