Müxalif liderin bu gün məhkəməsi keçiriləcək
08.04.2021 11:08
181
Siyasət
A
Müxalif liderin bu gün məhkəməsi keçiriləcək
Bu gün, 8 aprel Tbilisi Şəhər Məkəməsində müxalif "Vahid Milli Hərəkat"ın təqsirləndirilən sədri Nika Meliyanın məhkəməsi iclası saat 11:00-də başlayacaq. Aktual.ge xəbər verir ki, Bugünkü məhkəmə iclasında Nika Meliyaya tətbiq edilmiş həbs qətimkan tədbiri - həbs tələbini nəzərdən keçirəcək. Dövlət ittihamının hansı mövqeyi tutacağı və məhkəməyə hansı vəsatət qaldıracağı hələ məlum deyil. Hələlik prokurorluq bu barədə heç bir açıqlama verməyib. Müdafiə tərəfinə gəlincə, müxalif liderin vəkili Giorgi Kondaxişvilinin yerli mətbuata verdiyi məlumata görə, o, tutulan şəxsin barəsində həbs qətimkan tədbiri seçilmədən sərbəst buraxılmasını tələb edir. Vəkilin sözlərinə görə, Meliyanın bir cinayəti gizlətməsi və ya törətməsi riski olmadığı üçün həbs üçün qanuni əsas yoxdur. G.Kondaxişvili hesab edir ki, qanuni olaraq hakimin Meliyanı həbsdən azad etmək üçün yeganə şansı var, lakin müdafiə tərəfi bunu gözləmir. Məlumat üçün bildirək ki, "Vahid Millət Hərəkat" partiyasının sədri N.Meliya həbs qətimkan tədbiri olaraq bu ilin 17 fevralında həbs cəzasına məhkum edildi. O, Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə 2019-cu ilin 20 iyun (Qavrilov gecəsi - red.) hadisəsində qrup zorakılığının təşkili və rəhbərliyi ilə ittiham olunur. Müxalif lider 27 iyun 2019-cu ildə Tbilisi şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri olaraq 30 000 lari girov cəzasına məhkum edildi. Məhkəmə qərarına əsasən, əlavə bir məhdudlaşdırıcı tədbir olaraq ona elektron nəzarət və qolbaq tətbiq edildi, lakin müxalif lider 1 noyabr 2020-ci il tarixində Rustaveli prospektindəki kütləvi etiraz aksiyası zamanı elektron qolbağını çıxararaq atıb. Prokurorluq, həbs qətimkan tədbirinin dəyişdirilməsi və 100 000 lari girov tətbiq edilməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət edib. 3 Noyabr 2020-ci ildə məhkəmə, prokurorluğun vəsatətini qismən təmin edib və N.Meliya barəsində həbs qətimkan tədbiri olaraq 40 000 lari girov cəzası verdi. Məhkəmə N.Meliyaya əlavə bir öhdəlik də qoydu - prokurorluğun əvvəlcədən bildiriş və razılığı olmadan Gürcüstan sərhədindən keçməsi məhdudlaşdırıldı. N.Meliya, məhkəmə tərəfindən qoyulan girovu ödəmədi, Gürcüstan Baş Prokurorluğu isə bir neçə dəfə ona girovun ödənilməsi üçün xəbərdarlıq etdi və daha bir həftə müddət verdi, lakin "Milli Hərəkat" sədri girovu ödəməkdən imtina etdi. Prokurorluq, müxalif liderin fevral ayında həbsdə saxlanılması barədə qərar verdi və beləliklə parlament çoxluğun 88 səsi ilə müxalifətçi deputatın toxunulmazlığını qaldırıldı. 23 fevral tarixində isə N.Meliya hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar tərəfindən partiyanın ofisindən aparıldı.
ŞƏRH YAZ
0