Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Gürcüstanda son sutkada daha 761 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 9 pasiyent vəfat edib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 286 406-ya, ölənlərin sayı 3 849-a yüksəlib.
Son 24 saat ərzində sağalanların sayı 537 nəfər artaraq 276 084 olub.