"Komendant saatı" turistlər üçün ləğv ediləcəkmi?
"Ölkəyə daxil olan turistlər üçün "Komendant saatı"nın qaldırılması məsələsini müzakirə etmək mümkündür".
Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun üzvü Dimitri Xundadze deyib.
"Turistlər üçün "komendant saatı"nın ləğv edilməsi məsələsini müzakirə etmək mümkündür, amma təbii ki, bunun yerinə yetirilməsinin müəyyən hissəsi asan olmayacaq.
Biz ilk növbədə insanların yoluxucu və epidemioloji cəhətdən təhlükəli olmamaları üçün maksimum sığorta mexanizminə sahib olmalarını təmin etməliyik. Əlbəttə ki, bu qaydalara əməl etsək - restoranlarda məsafələrin qorunmasına əməl edə bilsək, turistlər üçün "komendant saatı"nın ləğvi məsələsi müzakirə edilə bilər", - deyə D.Xundadze bildirib.