Siyasətdən getdikdən sonra Bidzina İvanişvilinin kəskin artan sərvəti AÇIQLANDI
08.04.2021 12:34
973
Siyasət
A
Siyasətdən getdikdən sonra Bidzina İvanişvilinin kəskin artan sərvəti AÇIQLANDI
Hakim "Gürcü Arzusu"nun keçmiş sədri, milyarder Bidzina İvanişvilinin sərvəti daha da artıb. Aktual.ge xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat dərc edib. Məlumata görə, gürcüstanlı milyarderin sərvəti son 3 ayda 120 milyon dollar artıb. Xüsusilə, 10 yanvar 2021-ci ildə, yəni B.İvanişvili siyasətdən ayrıldığını elan etməzdən əvvəl onun mülkü 5 milyard 700 milyon dollar dəyərində idi. Bu gün isə o, 5 milyard 820 milyon dollara sahibdir və dünya milyarderləri siyahısında 474-cü yerdədir. Məşhur "Bloomberg" nəşrində B.İvanişvilinin başlanğıc işi və siyasi karyerasının qısa tarixçəsini əks etdirən kiçik məlumat da dərc olunub. “İvanişvili postsovet Rusiyasındakı karyerasına 1990-cı illərdə dəmir filizi çıxartmaq, banklara və daşınmaz əmlaka investisiya qoymaqla başlayıb. Fəaliyyətlərinin çoxunu 2003-2006-cı illərdə, qalan hissəsini isə 2012-ci ildə Gürcüstanın Baş naziri seçilmədən əvvəl satmışdır. Bir il sonra isə o, istefa verdi", - deyə nəşrdə yazılır. "Forbes"in milyarderlər reytinqinə gəldikdə, B.İvanişvilinin sərvəti hazırda 4 milyard 800 milyon dollar olaraq qiymətləndirilir. O, "Forbes" milyarderləri siyahısında 583-cü yerdədir. Qeyd edək ki, bu ilin yanvarın 11-də Bidzina İvanişvili siyasəti və hakim partiya rəhbərliyini tərk edib. Bundan öncə o, sərvətinin böyük hissəsini rəhbərlik etdiyi “Kartu” xeyriyyə fonduna bağışlayıb.
ŞƏRH YAZ
13