Ürəyi ağıza gətirən açıqlama:
08.04.2021 14:12
689
Sağlamlıq
A
Ürəyi ağıza gətirən açıqlama: "Koronavirusun yeni ştammı sürətlə yayılır"
Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın sözlərinə görə, yeni koronavirus ştammının sürətlə yayılması ölkədə xüsusi risklər yaradır. Aktual.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində söyləyib. Naizr müavini qeyd edib ki, pandemiya vəziyyəti son zamanlar bir qədər pisləşib. “Bütün bunlar məhdudiyyətlərin yüngülləşdirilməsi və hərəkətliliyin artması fonunda bir bu qədər gözlənilən idi. Bununla birlikdə, yeni ştamm da, sürətlə yayılma qabiliyyəti xüsusi risklər yaradır. Peyvənd proqramına gəlincə, bu gün səhər 15 700 nəfərə qədər peyvənd vurulub. Peyvəndləmə davam edir və əlavə dozada peyvənd cəlb etmək üçün fəal şəkildə çalışırıq. Fəaliyyət də artır. Peyvəndə olan yüksək tələbatı ödəmək üçün Tbilisidə əlavə klinikaları səfərbər etməliyik. Bölgələrə gəldikdə, təəssüf ki, aktivlik çox aşağıdır",-deyə T.Qabunia bildirib. Nazir müavini koronavirusun üçüncü dalğasına toxunub: "Bu gündən etibarən artımın mənzərəsini açıq şəkildə görürük, baxmayaraq ki, bu, ciddi bir yayılma olacağı anlamına gəlmir, ancaq üçüncü dalğanın qarşısını almaq və geniş, sürətli bir yayılmanın qarşısını almaq lazımdır".
ŞƏRH YAZ
14