SON DƏQİQƏ! Toyların qarşısını almaq üçün bunu etdilər - Yeni məhdudiyyət
08.04.2021 14:17
2815
Siyasət
A
SON DƏQİQƏ! Toyların qarşısını almaq üçün bunu etdilər - Yeni məhdudiyyət
"Ölkədə hər hansı toy və ya ad günü kimi məclislərin qeyd edilməsi məqsədilə icarəyə yerlərin götürülmsəi və verilməsi qadağan edilir". Aktual.ge xəbər verir ki, bu barədə Operativ Qərargahın rəisi Qiorqi Ğibradze bəyan edib. "Cəmiyyətdə sosial tədbirlər keçirmək üçün ziyafətlərin təşkil edilməsi qadağandır. Dəyişikliyə əsasən, ödənişli yer götürərək yubiley, toy mərasimi və s. kimi pulsuz tədbirlər keçirmək qadağandır", - deyə qərargah sədri bildirib. Bundan əlavə hökumət administrasiyasının məlumatında deyilir: "Əmək Müfəttişliyi Xidməti tərəfindən obyektə qoyulan tələblərə məhəl qoymamaq qadağandır. Qadağan edilmiş tədbirdə koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş tələblərin pozulması müşayiət olunarsa, Əmək Müfəttişliyi Xidməti ilə Daxili İşlər Nazirliyi kənar şəxslərin obyektə girişini müvəqqəti məhdudlaşdırmaq səlahiyyətinə malikdir. Müəssisəyə icazəsiz daxil olmaq, möhürü qopartmaq və ya Əmək Müfəttişliyi Xidməti tərəfindən obyektə qoyulan tələblərə məhəl qoymamaq qadağandır". Qeyd edək ki, bununla bağlı Baş nazir İrakli Qaribaşvili Gürcüstan Hökumətinin təcrid və karantin qaydalarının təsdiqinə dair qərarına dəyişiklikləri imzalayıb.
ŞƏRH YAZ
23