Gürcüstan Azərbaycandan günəbaxan yağının idxalını azaldıb
08.04.2021 18:30
162
İqtisadiyyat
A
Gürcüstan Azərbaycandan günəbaxan yağının idxalını azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan 5,6 mln. ABŞ dollar dəyərində 4,211 ton günəbaxan yağı idxal edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik ifadədə 62%, həcmi isə 7,2% artıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan 392,8 min dollar dəyərində 296,5 ton günəbaxan yağı idxal edib. Bu göstərici illik müqayisədə dəyər baxımından 26% çox, həcm baxımından isə 6,7% azdır. Belə ki, 2020-ci ilin ilk iki ayında Gürcüstan Azərbaycandan 311,6 min dollar dəyərində 317,8 ton günəbaxan yağı idxal edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın ən çox günəbaxan yağı idxal etdiyi ikinci ölkə olub. İlk yerdə isə Rusiya qərarlaşıb – 3 624,7 ton (4,8 mln. dollar).
ŞƏRH YAZ
2