Aktual.ge xəbər portalı ilk dəfə “Facebook” sosial şəbəkəsindəki "Aktual Xəbərlər" səhifəsi olaraq 21 aprel 2020-ci ildə fəaliyyətə başlayıb. Gün ərzində Gürcüstanda və dünyada baş verən xəbərləri, yenilikləri düzgün, qərəzsiz və lakonik şəkildə oxucularına təqdim etmişdir. Ancaq, zaman keçdikcə "Aktual Xəbərlər" səhifəsinin oxucu kütləsi böyüməyə başladı və bu səbəbdən insanların daha çox, eləcə də daha rahat xəbər əldə etmələri üçün Aktual.ge xəbər portalı təsis olundu. 02.07.2020 tarixində Gürcüstan Ədliyyə Nazirliyində QHT “Aktual Media” nəzdində rəsmi olaraq qeydiyyatdan keçən Aktual.ge xəbər portalı 08.07.2020-ci il tarixindən dörd dildə - gürcü, Azərbaycan, türk, və ingilis dillərində xidmət göstərməyə başladı. Aktual.ge qısa müddətdə dəqiq və qərəzsiz xəbərlər yayaraq öz fəaliyəti ilə Gürcüstanda yeni uğurlara imza atdı və beləcə Gürcüstan Prezident Administrasiyası, Gürcüstan Parlamenti, Gürcüstan Hökümət Administrasiyası, nazirliklər, siyasi partiyalar, qurum və quruluşlarda akkreditə olundu. Sözügedən qurumlarda baş verən proseslər gün ərzində Aktual.ge xəbər portalının rəsmi mail adresinə press-reliz olaraq göndərilir.
QHT “Aktual Media”nın nəzdində www.aktual.ge xəbər portalı fəaliyyətini davam etdirməkdədir.
Aktual.ge domeni ilə saytımız Gürcüstanın ictimai, siyasi, sosial, səhiyyə, iqtisadi, idman və mədəni həyatında baş verən yeniliklərlə bərabər, dünyada və xüsusən də bölgəmizdə gəlişən maraqlı xəbərləri oxuculara çatdırılır. Bununla yanaşı, Aktual.ge xəbər portalı müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar və müəllif yazıları dərc edir. Aktual.ge siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da fəal iştirak edirlər. Oxucuların qarşılaşdıqları hadisələrlə və problemlərlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var – (+995) 593123346.
“Aktual Media” və Aktual.ge xəbər portalının qurucusu İlkin Hüseynovdur.