Koronavirusa sutkalıq yoluxma sayı yenidən kəskin artıb
13.04.2021 10:59
884
Sağlamlıq
A
Koronavirusa sutkalıq yoluxma sayı yenidən kəskin artıb
Gürcüstanda ötən sutkada koronavirusa 1 374 yeni yoluxma halı təsdiqlənib, 422 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 290 129 nəfər yoluxub. Onların 278 251-i sağalıb, 3 894-ü ölüb. Son 24 saat ərzində 37 524 test yoxlaması aparılıb. Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 359 təşkil edib.
ŞƏRH YAZ
6