Əsrin ən böyük fırıldaqçısı öldü
14.04.2021 19:31
698
Dünya
A
Əsrin ən böyük fırıldaqçısı öldü
On milyardlarla dollar dəyərində fırıldaqçılığa görə 150 ​​il həbs cəzası alan məşhur amerikalı fırıldaqçı Bernard Medoff ölüb. Aktual.ge Axar-a istinadən xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Məlumata görə, Medoff 82 yaşında Şimali Karolina ştatının Batner şəhərindəki həbsxanada ölüb. “Əsrin fırıldaqçısı” adlandırılan Bernard Medoff 2009-cu ildə məhkəmə tərəfindən 150 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə zamanı Medoff 20 il ərzində sərmayəçiləri aldatdığını etiraf etmişdi. Bu illər ərzində o, heç bir maliyyə əməliyyatı aparmayıb, sadəcə pulları bir bank hesabından digərinə köçürməklə müştərilərini aldatmaqla məşğul olub. Beləliklə, Medoff 65 milyard dollar çərçivəsində maliyyə fırıldağı edib. Onun qurbanları siyahısında nəinki ABŞ-ın, dünyanın ən məşhur bankları, tanınmış şəxsləri olub. Məhkəmə zamanı Medoff zərərçəkmişlərə 171 milyard dollar kompensasiya verəcəyini söz vermişdi, lakin federal hökumət yalnız 4 milyard dollara yaxın vəsait tapmışdı.
ŞƏRH YAZ
5