27.04.2021 01:06
840
İdman
A
"Yuventus" gürcüstanlı futbolçunu 20 milyon avroya alır

İtaliyanın "Yuventus" klubu Rusiya "Rubin"inin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.

Aktual.ge-nin "Il Messaggero"ya istinadən məlumatına görə, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəyəcək.

Bildirilir ki, "Milan" Kvaratsxeliya ilə mübarizədə "Yuventus"u geridə qoyur. "Qırmızı-qaralar" 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. İstedadlı oyunçu ətrafındakı vəziyyəti "Napoli" və Almaniyanın "Borussiya" (Dortmund) klubları da izləyir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2019-cu ildən Gürcüstan millisinə çağırılır.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

ŞƏRH YAZ
0