Gürcüstanda Novruzun milli bayram elan olunması məsələsinə baxılır
29.04.2021 17:00
413
Mədəniyyət
A
Gürcüstanda Novruzun milli bayram elan olunması məsələsinə baxılır

Gürcüstan parlamentində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı layihənin nəzərdən keçirilməsinə başlanılıb.

Aktual.ge xəbər verir ki, martın 12-də qanunverici orqana daxil olan layihəni ictimai fəal Samirə Bayramova hazırlayıb.

Layihədə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi də təklifi əksini tapıb.

Qanunverici orqanın İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində təşəbbüsə baxılıb. Qeyd olunub ki, təşəbbüs ölkənin Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Təkliflərin alınması məqsədilə sənəd Gürcüstan hökumətinə göndərilsə də, bu günədək cavab alınmayıb. Bu səbəbdən məsələni müəyyən edilmiş müddət ərzində - aprelin 27-dək baxılması üçün tam hazırlamaq mümkün olmayıb. Bununla yanaşı, komitə qanunvericilik təşəbbüsü ilə bağlı beynəlxalq təcrübəni öyrənir.

Parlamentin büro iclasında ötən gün qəbul edilən qərara əsasən, məsələyə baxılma müddəti 30 gün uzadılıb.

ŞƏRH YAZ
0